Azərbaycan, Bakı, 20 aprel /Trend/
Cari ilin 22-24 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən "KİTF 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil olunacaq.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sərgidə, həmçinin 5 yerli turizm şirkəti (Millennium Tourism and Congress, Improtex travel, The Tour, Bestar, Granitas) və 2 mehmanxana (Chinar Hotel and Spa Naftalan, Duzdag Hotel) iştirak edəcək.
Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 42 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq üçüncü dəfədir ki, "KİTF" beynəlxalq turizm sərgisində iştirak edəcək.