...

Yeniyetmə məhkumlar gəzintidə (FOTO)

Cəmiyyət Materials 20 May 2015 16:02 (UTC +04:00)
Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumlar xidmət əməkdaşlarının müşaiyəti ilə müəssisənin hüdudlarından kənarda gəzintiyə çıxarılıblar.
Yeniyetmə məhkumlar gəzintidə (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend/

Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumlar xidmət əməkdaşlarının müşaiyəti ilə müəssisənin hüdudlarından kənarda gəzintiyə çıxarılıblar.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeniyetmələr - Əliyev Rəşad, Allahverdiyev Həsən və Qəhrəmanov Əli müəssisə əməkdaşlarının müşayiəti ilə gəzintidən əvvəl Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra tərbiyə olunan yeniyetmələr Azərbaycan Milli Xalça Muzeyinə baş çəkib, "Park Bulvar" istirahət və əyləncə mərkəzində olublar.

Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti