...

Salyanda polisin müvəqqəti saxlama yerlərinə baxış keçirilib

Cəmiyyət Materials 8 İyun 2015 15:30 (UTC +04:00)
Milli Preventiv Qrupunun (MPQ) üzvləri Salyan rayon Polis şöbəsinin müvəqqəti saxlama yerlərinə (MSY) başçəkmələr həyata keçiriblər.
Salyanda polisin müvəqqəti saxlama yerlərinə baxış keçirilib

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlkin İzzət/

Milli Preventiv Qrupunun (MPQ) üzvləri Salyan rayon Polis şöbəsinin müvəqqəti saxlama yerlərinə (MSY) başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın MPQ üzvləri Salyan RPŞ MSY-nə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriblər.

Başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları"na müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə saxlanılan şəxslər fərdi qaydada qəbul edilib, onlarla təkbətək söhbətlər aparılıb.

MSY-də saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib. Habelə müəssisədə saxlama şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin aparıldığı müşahidə olunub.

Həmin müəssisələrin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları"na müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılıması ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti