...

Yol polisi Bakıda 2 gün ərzində hərəkətin məhdudlaşdırılacağı küçələri və vaxtları açıqladı

Cəmiyyət Materials 19 İyun 2015 16:55 (UTC +04:00)
Qeyd olunan marşrutda sürücülər bəzi küçə və prospektlərdən yalnız birtərəfli istiqamətdə istifadə edə biləcəklər.
Yol polisi Bakıda 2 gün ərzində hərəkətin məhdudlaşdırılacağı küçələri və vaxtları açıqladı

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi 20-21 iyun 2015-ci il tarixlərdə Bakı şəhərində nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumata görə, Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək velosiped yarışı ilə əlaqədar paytaxtın Üzeyir Hacıbəyov, Rixard Zorge, Rəşid Behbudov, Zərifə Əliyeva, Əziz Əliyev, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Landau, Abbasqulu ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçələrində, habelə Bülbül, Neftçilər, İstiqlaliyyət, Parlament, İnşaatçılar və Hüseyn Cavid prospektlərində 20 iyun tarixində səhər saat 05:30-dan 21:00-dək və 21 iyun tarixində səhər saat 03:30-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd olunan marşrutda sürücülər bəzi küçə və prospektlərdən yalnız birtərəfli istiqamətdə istifadə edə biləcəklər. Belə ki, Hüseyn Cavid prospektindən Parlament prospektinə doğru, İnşaatçılar prospektindən Hüseyn Cavid prospektinə doğru, A.Bakıxanov küçəsindən İnşaatçılar prospektinə doğru Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsinədək və Neftçilər prospektindən Nobel prospektinə doğru hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilməyəcək.

Bununla yanaşı, yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün sürücülər Şıxəli Qurbanov, Zivərbəy Əhmədbəyov küçələrindən keçməklə Tbilisi prospektinə, oradan isə istənilən istiqamətə hərəkət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti