...

Qala Qoruğunda uşaq düşərgəsi (FOTO)

Cəmiyyət Materials 26 İyun 2015 17:22 (UTC +04:00)
“EkoSfera” Sosial-Ekoloji mərkəzi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi uşaq idmanı və sağlam həyat tərzinin təbliği məqsədilə Qala qoruğu ərazisində idman-ekoloji düşərgə təşkil edilir.
Qala Qoruğunda uşaq düşərgəsi (FOTO)

Azərbaycan, Bakı, 26 iyun /Trend/

"EkoSfera" Sosial-Ekoloji mərkəzi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi uşaq idmanı və sağlam həyat tərzinin təbliği məqsədilə Qala qoruğu ərazisində idman-ekoloji düşərgə təşkil edilir.

"EkoSfera" Sosial-Ekoloji mərkəzinin təşəbbüsünü dəstəkləyən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dövlətimizin uşaqların hərtərəfli inkişafı ilə bağlı siyasətinə töhfə verərək, uşaq düşərgələrinin bərpası və yeni üslubda canlandırılması ideyasını və sosial məsuliyyət prinsiplərini əməli fəaliyyətində həyata keçirməkdədir.

25-27 iyun 2015-ci il tarixlərində davam edəcək "İdman növbəsi" adlı birgə layihə Birinci Avropa Oyunlarına həsr olunmuşdur. Düşərgədə iştirak edən 9-12 yaşlı uşaqlar üçün Qala Qoruğunda qaçış, kamandan oxatma, atçılıq, futbol, stritbol, velosiped yarışları keçirilir. Yarışlar zamanı uşaqlar və tələbə-könüllülər Heydər Əliyev Fondu və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun təşəbbüsü ilə yaradılan "EkoSfera" Etno-Ekoloji Mərkəzində yerləşdiriblər.

Düşərgə həyatının maraqlı olması, eləcə də Avropa Oyunları ilə bağlılığının təmin edilməsi məqsədilə zəngin proqram hazırlanmışdır. Uşaqlar yaradıcılıq dərsləri, Qala Qoruğunda və Dənizkənarı bulvarda gəzinti ilə yanaşı, bir sıra idman kompleksləri və "Atəşgah"la tanış ola bildilər, habelə Avropa Oyunları çərçivəsində keçirilən basketbol yarışlarını canlı izləmək imkanı qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti