...

Müdafiə Sənayesi Nazirliyi zavoddakı partlayışın səbəbini açıqladı

Cəmiyyət Materials 6 İyul 2015 19:03
Müdafiə Sənayesi Nazirliyi "Telemexanika" zavodunun sexlərindən birində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Müdafiə Sənayesi Nazirliyi zavoddakı partlayışın səbəbini açıqladı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Müdafiə Sənayesi Nazirliyi "Telemexanika" zavodunun sexlərindən birində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Trend xəbər verir ki, nazirliyin məlumatında deyilir ki, bu gün saat 11:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Telemexanika" zavodunun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti