...

Azərbaycanda 1-5 yaşlı uşaqların 14,2 faizi məktəbəqədər təhsil müəssisələrinə cəlb edilib

Cəmiyyət Materials 22 İyul 2015 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda 1-5 yaşlı uşaqların yalnız 14,2 faizi (2015-ci il üzrə olan məlumata əsasən) məktəbəqədər təhsil müəssisələrinə cəlb edilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu göstərici 2014-cü illə müqayisədə çox olsa da, əvvəlki illərlə müqayisədə azalıb. 2014-cü ildə Azərbaycanda 1-5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəlilik göstəricisi 13,3 faiz olsa da, 2013-cü uildə bu rəqəm 14,8 faiz, 2012-ci ildə 16,3 faiz, 2006-cı ildə 19,6 faiz olub.

Azərbaycanda şəhər yerləri üzrə 1-5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatililik göstəricisi 21,5 faizdir.

Hazırda Azərbaycanda 1706 məktəbəqədər təhsil müəssisəsi var. Onların 1650-si dövlət, 56-sı qeyri-dövlətdir. Azərbaycanda hazırda 116,0 min uşaq məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti