...

3 aylıq körpədə ürək əməliyyatı: A-Qroup Sığorta Şirkəti və Mərkəzi Neftçilər Xəstəxanasının birgə uğuru

Cəmiyyət Materials 1 Sentyabr 2015 15:13 (UTC +04:00)
Ağır ürək qüsuru ilə doğulan körpə pasiyent İbrahim Mehdiyev Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahiyyə şöbəsində uzunmüddətli, ağır keçən müalicədən sonra sağalaraq öz evinə qaytarılıb.
3 aylıq körpədə ürək əməliyyatı: A-Qroup Sığorta Şirkəti və Mərkəzi Neftçilər Xəstəxanasının birgə uğuru

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Ağır ürək qüsuru ilə doğulan körpə pasiyent İbrahim Mehdiyev Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahiyyə şöbəsində uzunmüddətli, ağır keçən müalicədən sonra sağalaraq öz evinə qaytarılıb. Uşaq bir neçə ürək əməliyyatı və 9 aya yaxın reanimasiya şöbəsində süni tənəffüs aparatı altında keçirdərək bu günlərdə xəstəxanadan evə yazıldı.

Anadangəlmə ürək qüsuru - mədəcikarası çəpərin defekti ilə doğulan İbrahim keçən ilin noyabr ayında klinikaya daxil olub. Cəmi üç aylıq olan körpə klinikada qısa müddətdə lazım olan müxtəlif müayinə və hazırlıq tədbirlərindən sonra bir neçə dəfə yüksək riskli əməliyyatlara: mədəcikarası defektin aradan qaldırılması, diafraqmanın sağ və soltərəfli plikasiyasına məruz qalıb. Səhhətindəki problemlərə inadkarlıqla fiziki dözüm nümayiş etdirən körpə nəinki bölmənin, bütün xəstəxana tibbi heyətinin və sığortalı olduğu A-Qroup Sığorta Şirkətinin əməkdaşlarının diqqət mərkəzinə çevrilib.

Sərbəst tənəffüs ala bilməyən körpə 9 ay ərzində xəstəxanada süni tənəffüs aparatının yardımına bağlı olub. Klinikanın intensiv terapiya şöbəsində bütün tibbi heyətin nəzarəti və səyi nəticəsində mualicə alan İbrahim uzun müddətdən sonra, yalnız bir illik doğum yaşı ərəfəsində sərbəst tənəffüs etmək imkanı qazanıb. Bu da, əlbəttə, birinci növbədə körpənin valideyinlərinin və zəhməti olan hər bir şəxsin böyük sevincinə səbəb olub. Belə ki, ürəklərdən gələn hərarət, çəkilən zəhmət nəticəsiz qalmayıb və balaca İbrahimin sağalmasına, ürəyinin normal döyünməsinə səbəb olub.

Qeyd etmək lazımdır ki balaca İbrahimin sığortalı olduğu A-Qroup Sığorta Şirkəti keçən 9 ay ərzində əməliyyatların və bütün reanimasiya-müalicə xərclərini qarşılayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti