...

Abid Şərifov: Şəkidəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına 2 milyon manat ayrılıb

Cəmiyyət Materials 8 Sentyabr 2015 12:57 (UTC +04:00)
Şəkidəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına 2 milyon ayrılıb. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov jurnalistlərə deyib.
Abid Şərifov: Şəkidəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına 2 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Şəkidəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına 2 milyon manat vəsait ayrılıb. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov jurnalistlərə deyib.

Onun sözlərinə görə, zəlzələnin fəsadlarının aşkarlanması prosesi hələ başa çatmamasına baxmayaraq, Nazirlər Kabineti Şəkidəki zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 2 milyon manat vəsaitin ayrılması barədə sərəncam verib.

A.Şərifov qeyd edib ki, zəlzələnin olduqca güclü baş verməsinə baxmayaraq, güclü dağıntılar müşahidə edilməyib: "Bir çox evlərdə dərin çartlar var, evlərdən birinin divarı dağılıb. Allaha şükür ki, dağıntılar ciddi deyil və hadisə insan itkisi olmadan ötüşüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti