...

Tokioda Azərbaycan stendi quraşdırılacaq

Cəmiyyət Materials 9 Sentyabr 2015 17:56 (UTC +04:00)
Tokioda keçiriləcək “JATA 2015” Beynəlxalq Turizm Sərgisində Azərbaycanın milli stendi quraşdırılacaq.
Tokioda Azərbaycan stendi quraşdırılacaq

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Elmir Murad/

Tokioda keçiriləcək "JATA 2015" Beynəlxalq Turizm Sərgisində Azərbaycanın milli stendi quraşdırılacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 24-27 sentyabr 2015-ci il tarixində Yaponiyanın Tokio şəhərində keçiriləcək "JATA 2015" Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edəcəklər.

Həmçinin sərgidə 5 yerli turizm şirkəti - "Al travel", "Turizm.az", "Spektr travel", "Geo travel" və "SW travel" şirkətləri təmsil olunacaqlar.

Adıçəkilən sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 45 kv.m sahədə milli stend quraşdırılaraq sərgiyə gələn ziyarətçilərə ingilis və yapon dillərində müxtəlif növ reklam-çap məhsulları paylanacaq.

Qeyd edək ki, 2007-ci ildən başlayaraq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq yeddinci dəfədir ki, "JATA" Beynəlxalq Turizm Sərgisində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti