...

ABŞ-da nəşr edilən “Müasir Azərbaycanın qadın nasirləri” kitabında Trend-in əməkdaşının hekayələri də yer alıb

Cəmiyyət Materials 10 Sentyabr 2015 09:56 (UTC +04:00)
Birləşmiş Amerika Ştatlarında işıq üzü görən “Müasir Azərbaycanın qadın nasirləri” adlı kitab (Modern Azerbaijani Women’s Prose) müasir Azərbaycan ədəbiyyatında tanınan qadın nasirlərin əsərlərindən seçmələri özündə birləşdirir.
ABŞ-da nəşr  edilən “Müasir Azərbaycanın qadın nasirləri” kitabında Trend-in əməkdaşının hekayələri də yer alıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Amerika Birləşmiş Ştatlarında işıq üzü görən "Müasir Azərbaycanın qadın nasirləri" adlı kitab (Modern Azerbaijani Women's Prose) müasir Azərbaycan ədəbiyyatında tanınan qadın nasirlərin əsərlərindən seçmələri özündə birləşdirir. Kitabda Azərbaycanın tanınan xanım nasirləri Əzizə Cəfərzadə, Mehriban Vəzir, Südabə Ağabalayeva, Narıngül, Sevinc Nuru qızı, Günel Anar qızı, Nazilə İsgəndərova və başqalarının bir-birindən maraqlı əsərləri toplanıb. Kitabda həmçinin Trend-in baş direktorunun müavini Xumar Ələkbərlinin hekayələri də yer alıb.

Vaqif Sultanlı və İrac İsmaili tərəfindən tərtib edilən və "Trafford" nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilən kitab Amerikada böyük maraqla qarşılanıb. Belə ki, oxucular Şərqlə Qərb arasında yerləşən Azərbaycanın tarixi, mədəniyyəti və məişəti, ümumiyyətlə Azərbaycan reallıqları ilə tanış olmaq şansı qazanıblar.

Kitabın ingilis dilində təqdim edilməsi isə nəşrin ABŞ sərhədlərini aşmasına və daha geniş oxucu auditoriyası əhatə etməsinə imkan yaradıb.

Böyük zəhmətin bəhrəsi olan bu kitab bütün dünyada ədəbiyyatsevərlər və Azərbaycansevərlər üçün gözəl ərmağan olmaqla, ədəbiyyatımızın və milli-mənəvi dəyərlərimizin tanıdılmasında böyük əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti