...

Yeniyetmə məhkumlar gəzintidə (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2015 18:57 (UTC +04:00)
Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumlar xidmət əməkdaşlarının müşaiyəti ilə müəssisənin hüdudlarından kənarda gəzintiyə çıxarılıblar.
Yeniyetmə məhkumlar gəzintidə (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumlar xidmət əməkdaşlarının müşaiyəti ilə müəssisənin hüdudlarından kənarda gəzintiyə çıxarılıblar.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeniyetmələr - Elman Cəlilov, Cavid Əhədli və Münasib Kərimov müəssisə əməkdaşlarının müşayiəti ilə gəzintidən əvvəl Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra tərbiyə olunan yeniyetmələr Miniatür Kitab Muzeyində, "Park Bulvar" istirahət və əyləncə mərkəzində olublar.

Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti