...

Biləsuvarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçası istifadəyə verilib

Cəmiyyət Materials 11 Sentyabr 2015 18:33 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Biləsuvarda inşa olunan 100 yerlik uşaq bağçası istifadəyə verilib.
Biləsuvarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçası istifadəyə verilib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Biləsuvarda inşa olunan 100 yerlik uşaq bağçası istifadəyə verilib.

Trend Fondun saytına istinadən məlumat verir ki, Biləsuvar şəhərinin "Təyyarə meydanı" adlanan yaşayış massivində təməli ötən ilin mart ayında qoyulmuş 100 yerlik ikimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Bağçada dörd qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun öz məşğələ, oyun, kompyuter, yataq otaqları və yeməkxanası var.

Müasir tələblər səviyyəsində inşa edilən bağça ayrıca havalandırma, isitmə və soyutma sisteminə malikdir, lazımi avadanlıq və inventarla təchiz edilib. Həyətdə abadlıq, yaşıllaşdırma işləri aparılıb və burada hər şey balacaların zövqünü oxşayacaq tərzdə qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti