...

Azərbaycan Tokioda keçirilən "JATA 2015" beynəlxalq turizm sərgisində (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2015 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2015" beynəlxalq turizm sərgisi öz işinə başlayıb.

Sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, Təbliğat sektorunun müdiri Emil Səfərov, "Al travel", "Turizm.az", "Spektr travel", "Geo travel" və "SW travel" turizm şirkətlərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sərginin açılışı zamanı Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə Azərbaycan milli stendini ziyarət edib.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 45 kv.m sahədə milli stend quraşdırılıb, sərgiyə gələn ziyarətçi və iştirakçılara 30-dan artıq ingilis və yapon dillərində ölkəmizin mədəniyyəti, tarixi, təbiəti, turizmi, mədəni irsi haqqında reklam-çap məhsulları təqdim olunur.

Sərginin ilk günü - 24 sentyabr tarixində ölkəmizin turizm sənayesinin nümayəndələri ilə Yaponiyanın turizm sənayesi nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib və əməkdaşlığa dair müqavilələr imzalanıb. Bu gün isə görüşlər Azərbaycan milli stendində davam etdirilib.

Qeyd edək ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin marketinq strategiyasına əsasən Yaponiya Azərbaycan üçün gəlmə turizm baxımından prioritet ölkələr qrupuna daxildir. 2007-ci ildən başlayaraq nazirlik və yerli turizm şirkətləri artıq yeddinci dəfədir ki, "JATA" beynəlxalq turizm sərgisində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti