Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda iki peşə liseyi birləşdirildi və yeni bir təhsil müəssisəsi yaradıldı.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyinin 3 nömrəli Bakı Peşə Liseyi 13 nömrəli Bakı Peşə Liseyi ilə birləşdirilib və onların bazasında Bakı Kompüter Peşə Liseyi yaradılıb.
Bakı Kompüter Peşə Liseyinin maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
Yeni liseyin yaradılması ilə əlaqədar "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilib.