...

Tiryəki xurma şəklinə salsa da gömrükdən keçirə bilmədi

Cəmiyyət Materials 23 Oktyabr 2015 10:08 (UTC +04:00)
Gömrükçülər İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıb.
Tiryəki xurma şəklinə salsa da gömrükdən keçirə bilmədi

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Elmir Murad/

Gömrükçülər İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə daxil olan məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Dünyamalı Qaraşova məxsus idman çantasına baxış həyata keçirilib. Baxış zamanı həmin çantanın içərisindəki 2 ədəd xurma qutusunun hər birində, xurmaların arasında, eynilə xurma şəklinə salınmış vəziyyətdə, ümumi xalis çəkisi 775 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Daha sonra, həmin çantadakı çay qutusunun içərisində olan quru çayın arasında isə sellofan paketdə 94 ədəd metadon adlı həbb aşkar olunub.

Bundan başqa, D.Qaraşovun üzərində şəxsi yoxlama zamanı ondan daha 4 ədəd metadon adlı həbb aşkar edilərək götürülüb.

Xatırladaq ki, metadon adlı həbb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və cəmi 98 ədəd həbbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 3,92 qram təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti