...

Nazirlikdən meteohəssas insanlara xəbərdarlıq

Cəmiyyət Materials 23 Oktyabr 2015 12:59 (UTC +04:00)
Yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şərairi bəzi meteohəsas insanlarda narahatlıq hissi yarada bilər.
Nazirlikdən meteohəssas insanlara xəbərdarlıq

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 11-14, gündüz 16-20 dərəcə isti olacaq.

Oktyabrın 24-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti