Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
Gənclər və idman naziri Azad Rəhimovun Moskvaya rəsmi səfəri başlayır.
Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyindən Trend-ə verilən məlumatda bildirilir ki, gənclər və idman naziri A.Rəhimovun Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə rəsmi səfəri başlayır.
Məlumatda qeyd olunur ki, səfərin məqsədi 31 oktyabr 2015-ci il tarixdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) VI Forumunda və II hesabat-seçki konfransında iştirakdır.
Forumda gənclərin vətənpərvərlik və mənəvi əxlaqi tərbiyəsində turizmin və tarixin rolu, gənclərin karyera inkişafı, sahibkarlıq və uğura aparan yol, Azərbaycanın ictimai-siyasi həyatı və s. kimi mövzular müzakirə olunacaq.