...

Azərbaycanda turizm yarmarkası keçiriləcək

Cəmiyyət Materials 4 Noyabr 2015 14:40 (UTC +04:00)
Noyabrın 14-də Azərbaycanda III mövsümi turizm yarmarkası keçiriləcək.
Azərbaycanda turizm yarmarkası keçiriləcək

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Noyabrın 14-də Azərbaycanda III mövsümi turizm yarmarkası keçiriləcək.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək bu yarmarkada turizm şirkətləri iştirak edəcək. Yarmarkanın keçirilməsində əsas məqsəd Azərbaycanda daxili və gəlmə turizmini inkişaf etdirməkdir. Yarmarkada yeni turizm marşrutları, yeni layihələr təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti