...

Məhkəmə Sabunçu hadisələri ilə bağlı daha iki nəfər haqqında qərar çıxardı

Cəmiyyət Materials 6 Noyabr 2015 15:52 (UTC +04:00)
Sabunçu hadisələri ilə bağlı saxlanılan daha iki nəfər barəsində Sabunçu Rayon Məhkəməsində bu gün qərar çıxarılıb.
Məhkəmə Sabunçu hadisələri ilə bağlı daha iki nəfər haqqında qərar çıxardı

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Sabunçu hadisələri ilə bağlı saxlanılan daha iki nəfər barəsində Sabunçu Rayon Məhkəməsində bu gün qərar çıxarılıb.

Trend-in məlumatına görə, Müsəlman birliyi hərəkatı adlanan qurumun üzvləri Ağəli Yəhyayev barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə 10 sutka, Elxan İsgəndərov barəsində isə 3 sutka azadlıqdan məhrum etmə cəzası çıxarılıb.

Qeyd edək ki, ötən gecə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin aksiyası keçirilib. Müsəlman birliyi hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edənlər Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımovun azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti