...

Xaricə səyahət edən Azərbaycan vətəndaşlarının nazirliyə müraciətləri azalıb

Cəmiyyət Materials 25 Noyabr 2015 16:07 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinə xaricə gedən Azərbaycan vətəndaşları tərəfindən səyahətləri zamanı yaranan problemlərlə əlaqədar daxil olan müraciətlərin sayı əvvəlki illərə nisbətən azalıb.
Xaricə səyahət edən Azərbaycan vətəndaşlarının nazirliyə müraciətləri azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət və Turizm Nazirliyinə xaricə gedən Azərbaycan vətəndaşları tərəfindən səyahətləri zamanı yaranan problemlərlə əlaqədar daxil olan müraciətlərin sayı əvvəlki illərə nisbətən azalıb. Bunu Trend-ə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Nazir müavini qeyd edib ki, müraciətlərin sayının azalması nazirliyin hər il vətəndaşlara səyahət mövsümünün başlanğıcında təqdim etdiyi müvafiq tövsiyələr və həyata keçirdiyi müvafiq islahatların müsbət nəticəsi kimi qiymətləndirilə bilər.

N.Səmədov bildirib ki, bu il ərzində ölkə vətəndaşları tərəfindən yaşanan problemlərə dair daxil olmuş müraciətlərin əksəriyyəti xarici ölkələrə səyahət çərçivəsində səfərin təxirə salınması zamanı turizm şirkətləri tərəfindən ödənişin geri qaytarılması şərtləri və bu kimi digər məsələləri əhatə edib: "Mədəniyyət və Turizm Nazirliyi bu tip problemlərin yaranmaması və bu sahədə göstərilən xidmətin yüksək peşəkarlıqla həyata keçirilməsi məqsədilə mütəmadi olaraq istər yerli vətəndaşlara, istərsə də ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə müvafiq tövsiyələr verir. Bununla yanaşı, qeyd etməyə dəyər ki, "Turizm haqqında" qanunun 9-cu maddəsinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olaraq, istər vətəndaşlara, istərsə də turizm şirkətlərinə turizm məhsulunun satışı zamanı müqavilənin bağlanmasına dair tövsiyələr mütəmadi olaraq nazirlik tərəfindən verilir".

N.Səmədov əlavə edib ki, nazirliyin "qaynar xətt"i (147 və 492 88 50) vasitəsilə turizm mövsümü zamanı, eləcə də turizm mövsümündən əvvəl vətəndaşların suallarının cavablandırılması, onların məlumatlandırılması və üzləşdiyi problemlərin həlli üçün kömək göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti