...

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2015 10:40 (UTC +04:00)
ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi ilə görüşüb.
ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Bakı. Trend:

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi ilə görüşüb.

BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, BANM rektoru Elmar Qasımov qonağı salamlayaraq onu Ali Məktəbdə yenidən görməkdən məmnunluq hissi keçirdiyini bildirib. Rektor BANM-in Azərbaycan RPrezidenti İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çevirməliyik" çağırışının reallaşmasına yönəlmiş əhəmiyyətli bir layihə olduğunu qeyd edərək onun yaranma tarixi, fəaliyyət istiqamətləri, 4 illik fəaliyyəti ərzində nailiyyətləri haqqında qonağa ətraflı məlumat verib. Rektor tədris prosesinin ingilis dilində, müasir proqramlar və texnologiyalar əsasında və istehsalatla sıx əlaqədə həyata keçirildiyini xatırladıb. O, həmçinin qonağa BANM-in əməkdaşlıq etdiyi transmilli şirkətlər, yeni yaradılmış Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi, Ömürboyu təhsil fakültəsi, Ali Məktəbin tikintisi başa çatan kampusu və gələcəkdə BANM-də həyata keçiriləcək magistr hazırlığı proqramları haqqında məlumat verib.

Rektor Azərbaycanın birinci xanımının ISESCO-ya verdiyi dəstək barəsində bəhs edib. Bununla yanaşı, E.Qasımov ISESCO-ya üzv olan ölkələrin gənclərinin BANM-də təhsil almaları imkanlarından danışıb və bunun üçün ISESCO tərəfindən təqaüdün ayrılması təklifini irəli sürüb. Sonda rektor Əbdüləziz Osman əl-Tuveycrini ölkənin Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif edilməsi və yenidən ISESCO-nun baş direktoru seçilməsi münasibəti ilə təbrik edib.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakıda və ölkənin ən nüfuzlu ali məktəbində yenidən olmasından məmnunluğunu ifadə edib. Cənab əl-Tuveycri ISESKO-ya üzv ölkələrdə neft-qaz və texnologiyalar üzrə ixtisaslaşmış bir sıra aparıcı ali təhsil müəssisələrinin mövcud olduğunu, lakin BANM-in çox müasir və səmərəli layihə hesab etdiyini bildirib. ISESCO-ya üzv olan ölkələrin istedadlı gənclərinin BANM-də təhsili üçün təqaüdlərin ayrılmasını təqdirəlayiq hesab etdiyini və bunun üçün lazımi dəstək göstərilməsinə hazır olduğunu bildirib.

Görüşdə rektor E.Qasımov və ISESCO-nun baş direktoru Əbdüləziz əl-Tuveycri arasında ISESCO-ya üzv olan ölkələrin vətəndaşlarının BANM-də təhsil almaları, bunun üçün təqaüdün ayrılması və təhsilin təşkili ilə bağlı müzakirələr aparılıb.34

Məqalədə:
Xəbər lenti

Xəbər lenti