...

"Günəşli"dəki qəzada xəsarət alanlara çatacaq sığorta ödənişlərinin məbləği açıqlanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 8 Dekabr 2015 12:24 (UTC +04:00)
"PASHA Life" tərəfindən "Günəşli" yatağındakı platformada xəsarət alanların hər birinin ailəsinə sığorta ödənişlərinin məbləği təqribən 140 min manata çata bilər. .
"Günəşli"dəki qəzada xəsarət alanlara çatacaq sığorta ödənişlərinin məbləği açıqlanıb (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

"PASHA Life" tərəfindən "Günəşli" yatağındakı platformada xəsarət alanların hər birinin ailəsinə sığorta ödənişlərinin məbləği təqribən 140 min manata çata bilər.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.

O bildirib: "Hesablamalarımıza görə, məsələn, hər biri 600 manat əməkhaqqı almlş kiçik uşaqları olan 3 nəfər 80 min manat həcmində sığorta ödənişi ala biləcək. Bəzi ödənişlər isə 140 min manata çatacaq.

Nazir qeyd edib ki, hökumət də xəsarət alanlara kompensasiya ödəyəcək, bununla əlaqədar Maliyyə Nazirliyi yaxın vaxtlarda öz təkliflərini verəcək: "Ötən gün Komissiyanın iclasında vurğulandığı kimi, SOCAR da xəsarət almış işçilərə kompensasiya ödəyəcək".

S.Müslümov əlavə edib ki, SOCAR-ın 63 əməkdaşı, eləcə də "Neft daşları"nda itmiş 3 nəfər əmək müqaviləsi üzrə işləyirdilər və "Paşa Həyat" şirkəti ilə sığorta müqavilələri var idi.

Nazir diqqətə çatdırıb ki, nazirlikdə iki komissiya yaradılıb - biri "Neft daşları"nda baş vermiş hadisə ilə əlaqədar, digəri isə "Günəşli" yatağındakı platformada baş vermiş yanğınla bağlı: "Hər iki komissiya əməyin mühafizəsi qaydalarına riayət edilməsinin araşdırılması ilə məşğul olacaq. Əldə edilmiş məlumat sonradan hüquq-mühafizə orqanlarına ötürüləcək. Nazirliyin əməkdaşları daim xəsarət alanların çatdırıldğı xəstəxanada, eləcə də yanğınla əlaqədar yaradılmış xüsusi qərargahda olurlar".

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev isə qeyd edib ki, bu yanğın nəticəsində ailə başçısını itirmiş yetkinlik yaşına çatmayan uşaqlı ailələr müvafiq pensiya təminatı, əlillik alanlar isə əlillik üzrə pensiya alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti