...

Rəşad Məmmədov MTN-in İstintaq təcridxanasında vəkili ilə görüşüb

Cəmiyyət Materials 14 Dekabr 2015 16:59 (UTC +04:00)
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədov bu gün saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında vəkili ilə görüşüb.
Rəşad Məmmədov MTN-in İstintaq təcridxanasında vəkili ilə görüşüb

Bakı. Samir Məmmədov - Trend:

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədov bu gün saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında vəkili ilə görüşüb. Bu barədə Trend-ə R.Məmmədovun vəkili Akif Əlizadə bildirib.

Vəkil müvəkkilin səhhəti və saxlanma şəraiti ilə maraqlanıb: "Rəşad Məmmədovla görüşdüm və onun vəziyyəti ilə maraqlandım. Saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur. Vəziyyəti tam normaldır. Şikayəti yalnız barəsindəki həbs qərarının müddətinin uzadılmasındandır. Həmin qərardan da apelyasiya şikayəti vermişik. Ümid edirik ki, məhkəmə şikayəti təmin edəcək".

Qeyd edək ki, R.Məmmədov bu il mayın 12-də saxlanılıb və onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti