...

Əhalinin hepatitlərdən ödənişsiz müayinələrinə başlandı

Cəmiyyət Materials 18 Yanvar 2016 18:12 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 18-dən Respublika Müalicə Diaqnostika Mərkəzi (RMDM) əhalinin hepatitlərdən ödənişsiz müayinələrinə başlayıb.

Trend Səhiyyə Nazirliyinə saytına istinadən məlumat verir ki, sosial xarakter daşıyan müayinələrin təşkilində əsas məqsəd əhali arasında xəstəliyin yayılma riskini azaltmaq, vaxtında aşkarlamaq və gedişatı haqqında vətəndaşları məlumatlandırmaqdır.

Hepatit müayinələri ən son üsul olan kartest test vasitəsilə həyata keçirilir.

Müayinə pozitiv nəticələr aşkar etdikdə, vətəndaşlar hepatoloqun qəbulunda ola və xəstəliyini gedişatı, müalicə üsulları haqqında məlumat ala biləcəklər.

Qeyd edək ki, RMDM-də dəfələrlə analoji aksiyalar təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti