...

"Asan xidmət"in könüllüləri imtahan prosesinə cəlb ediləcəklər

Cəmiyyət Materials 2 Fevral 2016 11:37 (UTC +04:00)
Bu il qəbul və buraxılış imtahanlarında 112 müəllim köçürmə hallarına yol verdiyinə görə nəzarətçi-müəllimlərin bazasından çıxarılıb.
"Asan xidmət"in könüllüləri imtahan prosesinə cəlb ediləcəklər

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il qəbul və buraxılış imtahanlarında 112 müəllim köçürmə hallarına yol verdiyinə görə nəzarətçi-müəllimlərin bazasından çıxarılıb.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qəbul imtahanında xüsusi fərqlənmiş 25 imtahan-nəzarətçinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Komissiya sədri qeyd edib ki, bu ildən başlayaraq, "Asan xidmət"in könüllüləri imtahan prosesinə cəlb ediləcəklər. Bu məqsədlə TQDK ilə "Asan xidmət" arasında saziş də imzalanacaq: "Asan xidmət"in könüllülərinin hamısı imtahan prosesində imtahan iştirakçıları kimi iştirak ediblər. Bu ildən isə onlar imtahanların idarə olunması prosesinə cəlb ediləcəklər. Onlat treninqlərdən keçdikdən sonra nəzarətçilərin yanında köməkçi kimi imtahanlara cəlb ediləcəklər".

M.Abbaszadə qeyd edib ki, bu tədris ili ərzində 600 min nəfərdən çox şəxs imtahandan keçirilib: "Bu imtahanların keçirilməsində ictimaiyyətin nümayəndələri də iştirak edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlara orta ümumtəhsil müəssisələrindən nəzarətçi kimi cəlb edilmiş müəllimlərin imtahan prosesində fəaliyyətləri çoxsaylı parametrlər (nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə qabiliyyəti, imtahan sənədləri ilə işləmə bacarığı qiymətləndirilir, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri, imtahanlarda fəal iştirakı və s) əsas götürülərək təhlil edilib. Biz 600-dən yüksək bal toplayan abituriyentlər arasında imtahanların necə keçirilməsi ilə bağlı sorğu keçiririk və müəyyən təhlillər aparırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti