...

"İki sahil" qəzetinin dəstəyi ilə Nizami rayonunda inşa müsabiqəsinə start verildi

Cəmiyyət Materials 4 Fevral 2016 18:54
“İki sahil” qəzetinin dəstəyi ilə Nizami rayonunda inşa müsabiqəsinə start verildi.
"İki sahil" qəzetinin dəstəyi ilə Nizami rayonunda inşa müsabiqəsinə start verildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, "İki sahil" qəzetinin dəstəyi ilə "Xocalı - unudulmayan qan yaddaşımız" mövzusunda inşa müsabiqəsinə start verildi.

Bununla əlaqədar YAP Nizami rayon təşkilatının qərargahında keçirilmiş iclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildiriblər ki, Xocalı soyqırımı insanlığa qarşı ən dəhşətli cinayətdir. Ermənilər bu faciəni törətməklə xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq istəyirdilər. Lakin bu hadisələr Azərbaycan xalqının əzmimizi qıra bilməyib, əksinə, müstəqillik arzularımızı, vətənpərvərlik hisslərimizi daha da alovlandırıb.

Müsabiqə komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə qeyd edib ki, bu cür müsabiqələrlə həm gənc nəslin Azərbaycanın tarixilə bağlı geniş maarifləndirilməsinə, həm də onların bilik və bacarıqlarının, jurnalistikaya olan maraqlarını, potensiallarını üzə çıxarmağa çalışırıq: "İnşa yazı müsabiqəsinə iki dildə - Azərbaycan və rus dillərində yazılar qəbul ediləcəkdir. Bununla da biz cənab Prezident İlham Əliyevin multikulturalizm siyasətinə, ölkəmizdəki tolerant dəyərlərə verdiyimiz önəmi bir daha qabardacağıq. Eyni zamanda, bununla bir daha Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" kampaniyasına gənc nəslimizin dəstəyi ifadə edilmiş olacaqdır".

Məlumat üçün bildirək ki, inşa müsabiqəsi Nizami rayonunun 30-ya yaxın təhsil müəssisələri arasında keçiriləcək və iki dildə qəbul ediləcək yazılar yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılacaq. Müsabiqənin nəticələrilə bağlı isə tədbir keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti