...

Bakının mərkəzində yol bağlandı

Cəmiyyət Materials 5 Fevral 2016 09:38 (UTC +04:00)
Bakıda daha bir yol təmirə bağanıb.
Bakının mərkəzində yol bağlandı

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir yol təmirə bağanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsindən Trend-ə verilən məlumatda bildirilir ki, bağlanan yol paytaxtın Neftçilər prospekti, Əziz Əliyev küçəsi kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsidir. Yol yeni asfalt örtüyünün çəkiliməsi ilə əlaqədar qısa müddətli bağlanıb.

Qurumdan bildiriblər ki, təmir işləri ilə əlaqədar Bakı-Ələt yolunun 14-cü km-dən III Kənar Dairəvi Yolla, 20 -ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsi istiqaməti, Bayıl qəsəbəsindən Xanlar, Mikayıl Hüseynov küçələri vasitəsilə Mehdi Hüseyn yaxud Parlament prospekti istiqaməti, eləcə də Yusif Səfərov, 28 may küçəsi kəsişməsindən Zərifə Əliyeva, Rəşid Behbudov küçələri kəsişməsindən Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti dayandırılaraq dəyişdirilib.

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu istiqamətlərdə süni sıxlıq və tıxacların yaranmaması üçün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilsin, alternativ yollara üstünlük verilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti