...

Azərbaycanda hərbçilərin ərzaq payı normaları artırılıb

Cəmiyyət Materials 5 Fevral 2016 13:41 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normaları və xidməti heyvanlarının yemləmə normalarına dəyişiklik edilib.
Azərbaycanda hərbçilərin ərzaq payı normaları artırılıb

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normaları və xidməti heyvanlarının yemləmə normalarına dəyişiklik edilib.

Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyəti üçün ərzaq payı Normaları"nın "Qeydlər"inin 2.1-ci bəndinə "çörək" sözündən sonra", yeməklərin hazırlanması üçün 2,5 litr su, içmək üçün 16 aprel tarixindən 14 oktyabr tarixinədək (yay mövsümü) 2,0 litr, 15 oktyabr tarixindən 15 aprel tarixinədək isə (qış mövsümü) 1,0 litr su" sözləri əlavə edilib.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan normalarda hərbi qulluqçulara bir nəfər üçün gündəlik olaraq 15 qr. kərə yağı, 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək verilirdi. Yemək hazırlamaq və içmək üçün suyun verilməsi dəyişiklikdə öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti