...

Leykemiya uşaqlar arasında qeydə alınan bütün xərçəng xəstəliklərinin 30%-ni təşkil edir

Cəmiyyət Materials 13 Fevral 2016 11:38 (UTC +04:00)
Leykemiya uşaqlar arasında qeydə alınan bütün xərçəng xəstəliklərinin 30%-ni təşkil edir.
Leykemiya uşaqlar arasında qeydə alınan bütün xərçəng xəstəliklərinin 30%-ni təşkil edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Leykemiya uşaqlar arasında qeydə alınan bütün xərçəng xəstəliklərinin 30%-ni təşkil edir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, uşaqlar arasında rast gəlinən xərçəng xəstəlikləri digər yaş qruplarından xeyli fərqlənir.

Uşaqlar arasında digər tez-tez rast gəlinən bədxassəli törəmələr mərkəzi sinir sisteminin şişləri və limfomalardır. Bununla yanaşı, yalnız uşaqlara xas olan bədxassəli embrional törəmələr var ki, onlara neyroblastoma, nefroblastoma, medulloblastoma, retinoblastoma və digər şişlər aiddir. Süd vəzi, ağciyər, çənbər bağırsaq və düz bağırsağın şişləri isə adətən böyüklərdə qeydə alınır və uşaqlarda çox nadir hallarda rast gəlinir.

Nazirlikdən qeyd edilib ki, Azərbaycanda 2012-ci ildən Milli Onkologiya Mərkəzinin nəzdində regionda birinci olan Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Hazırda Uşaq Onkoloji Klinikası regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalı keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir. Klinikada beynəlxalq protokollara uyğun olaraq, kompleks müalicənin bütün növləri mükəmməliklə icra edilir, o cümlədən, kimya terapiyası, şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Uşaq Onkoloji Klinikasında ambulator və poliklinik şöbə, kimya terapiyası, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir.
2015-ci ilin dekabr ayında Uşaq Onkoloji Klinikasının bazasında "Uşaq Xərçəng Xəstəliklərinin Milli Alt-Registri" də təsis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti