Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri Bakıda qardaşlaşdılar (FOTO)

Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri Bakıda qardaşlaşdılar (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı vaxtdan bir sıra maarifçilik tədbirləri ilə yanaşı, "İlboyu bilik" proqramı üzrə "Qardaşlaşmış məktəblər" layihəsini həyata keçirir.

Trend-in məlumatına görə, artıq layihə üzrə Azərbaycanın müxtəlif rayonlarında yerləşən 41 məktəb arasında "Qardaşlaşma saziş"i imzalanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun məlumatına görə, Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Qardaşlaşmış məktəblər" layihəsi ilk dəfə olaraq, Azərbaycan məktəbliləri ilə yanaşı, Türkiyə və Rusiya məktəblilərinin iştirakı ilə gerçəkləşir. Layihə 2016-cı il fevralın 13-dən 16-dək davam edəcək.

Fevralın 13-də Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri "Heydər Əliyev ilkokulu"nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

189-190 nömrəli tam orta məktəblə tanış olan şagirdlər Bakı Slavyan Universitetində "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş - 2016" Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə görüşərək birlikdə universitetin muzeyində, "Azərbaycanşünaslıq" Tədris Mədəniyyət Mərkəzində, Rusiya Tədris-Mədəniyyət Mərkəzində, Türkiyə Araşdırmaları Mərkəzində olublar. Universitetin elm və mədəniyyət ocaqları ilə tanışlığın ardından BSU-nun Akt zalında "Qardaşlaşma Sazişi"nin imzalanması mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev rus, türk və azərbaycanlı məktəbliləri salamlayaraq, qardaşlaşma təşəbbüsünün müasir dünya insanının ən böyük arzusu olan sülh və əmin-amanlığa xüsusi töhfə verdiyini deyib: "Müxtəlif millətlərin dost və qardaş kimi yaşadıqları ölkəmizdə, paytaxtımız Bakıda sizin təşəbbüsünüzlə təhsil aldlığınız doğma məktəblərinizi qardaşlaşdırmaq istəyinizi nəcib və şərəfli fəaliyyət kimi dəyərləndirmək olar".

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin öz məramına görə cəmiyyətdə böyük marağa səbəb olduğunu deyib: "Bu gün Azərbaycan, Rusiya və Türkiyə məktəblilərinin qardaşlaşması həm də xalqların gələcəyinə aparan yolun daha işıqlı və aydın olmasına kömək edir".

Məktəblilərə Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvarın, Moskva İqtisadiyyat və Hüquq Akademiyasının prorektoru, professor O. Zaytsevin təbrikləri çatdırılıb.

Eurovision - 2011 mahnı müsabiqəsinin qalibi, Bakı Slavyan Universitetinin məzunu Eldar Qasımovun çıxışı ilə açıq elan edilən bədii hissədə iştirakçılar Möskvalı şagirdlərinin, Dövlət Uşaq Filarmoniyasının və Nardaran məktəblilərinin hazırladıqları maraqlı konsert proqramını izləyiblər. "Qardaşlaşma sazişi" imzalayan məktəblilər və Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə "Yallı" rəqsini oynayıblar.

Layihə iştirakçıları ilkin təəssüratlarını bölüşüblər.

Ankara şəhəri "Heydər Əliyev ilkokulu"nun 8-ci sinif şagirdi Yonca Acun Bakıya ilk dəfə gəldiyini deyib: "Şəhərinizi çox bəyəndim. Bu layihəyə qatıldığım üçün özümü xoşbəxt hiss edirəm. Bu gün bizim üçün çox önəmli bir qardaşlaşma sazişi imzaladıq. İnanıram ki, Bakıdan başlayan bu dostluq və qardaşlığımız bir ömür boyu sürəcək".

Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin 10-cu sinif şagirdi Aleksandr Drozdov qısa zamanda gözəl təəssüratlar qazandığını vurğulayıb: "Qardaşlaşmış məktəblər" layihəsini çox bəyəndim. Bakıda olduğumuz ilk gün Bakının bir neçə məkanını gəzmək imkanımız oldu. Şəhəriniz çox gözəldir, insanlar da mehribandırlar". Onun sinif yoldaşı Andrey Kantor da Bakıya səfərinin onda böyük təəssüratlar oyatdığını deyib: "Hələ səfərimizin ilk günüdür, amma buna baxmayaraq, məndə çox müsbət emosiyalar yaranıb. Azərbaycanlıların istiqanlı olduqlarını bilirdim, amma bu qədər gözəl qarşılanacağımızı heç gözləmirdim. tanış olduğum yaşıdlarımın bizə səmimi və dostcasına davranması məni təsirləndirdi. Biz belə möhtəşəm beynəlxalq layihəyə qoşulmaqla özümüzə təzə dostlar qazandıq".

Həmin məktəbin direktoru Mixail Aleksandroviç Popov "Qardaşlaşmış məktəblər" layihəsi sayəsində yeni uğurlu əməkdaşlıqlara imza atılacağına inandığını söyləyib: " Məktəblərin dostluğu həm də bizim mədəniyyətlərimizin qovuşmasıdır. Bakıda gördüklərimiz bizi heyran etdi".

Ankara şəhəri "Heydər Əliyev ilkokulu"nun 8-ci sinif şagirdi Mehmet Eren Balasar azərbaycanlı yaşıdlarının ev sahibliyindən çox məmnun qaldığını bldirib: "İlk dəfədir Bakıda oluram, amma insanların səmimiliyinə və qoonaqpərvərliyinə heyran qaldım. Belə bir layihənin həyata keçirilməsi biz məktəbliləri dostluq və qardaşlıq telləri ilə bir-birimizə bağlayır".

Həmin məktəbin müdiri Necattin Şengezer bu layihənin məktəblər arasında dostluq körpüsü yaratdığını bildirib: "Biz bu dostluq körpüsü vasitəsilə daim əlaqədə olacağıq. Əminəm ki, bu günkü dostluğu şagirdlərimiz hər zaman davam etdirəcəklər. Biz Bakını çox sevdik".

Fevralın 14-də qardaş məktəblərin şagirdləri əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət etdikdən sonra şəhər gəzintisinə çıxacaq, Bakının görməli yerləri və tarixi abidələri ilə tanış olacaqlar.

Fevralın 15-də Səbail rayonundakı 6 nömrəli tam orta məktəbdə "Qardaşlaşmış məktəblər" layihəsinə qoşulmuş Bakı, Moskva və Ankara məktəbliləri ilə görüş keçiriləcək.

Sonra uşaqlar Rusiya Mədəniyyət Mərkəzində, Yunus Əmrə Türk Mədəniyyət Mərkəzində keçiriləcək tədbirlərə qatılacaqlar.

Qardaşlaşmış məktəblilər Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə bir yerdə yekun mərasimdə iştirak edəcəklər. Layihə iştirakçısı olan şagirdlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olunacaq. Məktəblilərə sertifikat və hədiyyələr təqdim olunacaq.

Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Loading Bars
Xəbər lenti
Neftçalada birmərtəbəli evdə yanğın olub
Bu yay çimərliklərə icazə verilə bilər - AÇIQLAMA
Koronavirusa yoluxan uşaqlarda güclü böyrək ağrısı olur - Pediatr-infeksionist
Mayın 8-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bakıdakı Dünya Kuboku mənim üçün ilin ən çox gözlənilən yarışıdır - Litva gimnastı
Britaniyada koronavirusa daha 2 490 nəfər yoluxub
Bakıda əhalinin ticarət şəbəkələrində xərclədiyi pulun məbləği açıqlanıb
Fici sahillərində 6 bal gücündə zəlzələ olub
Şərqi Qüdsdə toqquşmalar zamanı 200-ə yaxın fələstinli xəsarət alıb - KİV
Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb
Tripolidə silahlılar Prezident Şurasının qərargahının yerləşdiyi otelə hücum ediblər
İsraildə aktiv koronavirus xəstələrinin sayı 1 051 nəfərə düşüb
Türkiyədə son sutkada koronavirusdan 35 529 nəfər sağalıb
İspaniyada helikopter dənizə düşüb
Dünyada ötən sutka koronavirusa 839 mindən çox yoluxma qeydə alınıb - ÜST
ÜST "Sinopharm" peyvəndini təcili istifadə üçün tövsiyə edib
Hamımız müsbət emosiyalar keçirdik - qrup hərəkətləri komandamız
Azərbaycan və ATƏT-in 10 ölkəsi nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıb - Bəyanat
Əziz Şuşa, sən azadsan! - Bu 8 May Şuşadayıq
Gürcüstanda koronavirusa daha 1 547 nəfər yoluxub
Prezidentin göstərdiyi nümunəni davam etdirməliyik, beynəlxalq media vasitəsilə həqiqətləri dünyaya çatdırmalıyıq
Bakıda keçirilən Dünya Kubokunda hərəkətlərim əvvəlki iki yarışdan daha çətindir - Azərbaycan gimnastı Arzu Cəlilova
Azərbaycan səfirliyi Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib
Qadın güləşçimiz Elis Manolova "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru ilə görüşüb (FOTO)
Prokurorluğun xəzinə hesabına köçürüləcək vəsaitlər artırılıb
Qrup hərəkətləri komandamız dünya kuboku yarışlarının finalına yüksəlib
"Elektron prokurorluq” informasiya sistemi yaradılacaq - FƏRMAN
Şəhid ailələrinin üzvləri ali məktəblərə qəbul imtahanında iştirak üçün vəsait ödəməyəcək
Prezident İlham Əliyev hərb və informasiya savaşını eyni anda apardı - Qələbəni şərtləndirən iki mühüm taktika
Mingəçevir Dövlət Universiteti ilə Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq inkişaf edir (FOTO)
Aİİ-də “Orucluğun tarixi və Ramazanın fəzilətləri” mövzusunda vebinar keçirilib (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsinə 3 milyondan çox baxış beynəlxalq diqqətin əyani təzahürüdür - Deputat
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların strukturu təkmilləşdirilib
Əyani tədris qismən bərpa olunur
8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkat Günü “Əsas Məsələ”də müzakirə olunub (VİDEO)
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun top hərəkətləri üzrə finalçıları müəyyənləşdi
Azərbaycanlı gimnastları və məşqçiləri yaxşı tanıyıram - İtaliya gimnastı
Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib
3 hakimin səlahiyyətlərinə xitam verilib
İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib - SİYAHI
Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
Azərbaycan gimnastlarının Dünya Kubokunun birinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi hələ də gündəm olaraq qalır - Sevil Mikayılova
Dünya Kubokunun Təşkilat komitəsi öz işini qüsursuz yerinə yetirir - Macarıstan gimnastı
Bakıda Milli Qəhrəmanın adını daşıyan park yenidən qurulub (FOTO)
Şuşanın mədəniyyət paytaxtı statusunun rəsmiləşməsi şəhərin hərtərəfli inkişafını təmin edəcək - Könül Nurullayeva
Bədii gimnastika üzrə Dünya Kubokunun birinci günündə maraqlı anlar (FOTO)
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
Mingəçevir Dövlət Universitetinin rektoru şəhid ailəsini ziyarət edib (FOTO)
Mayın 8-nə USD/AZN rəsmi məzənnəsi
Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib
Qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara xəbərdarlıq edilib
Daha bir hərbi qulluqçumuzun şəhid olması müəyyən edildi
Hindistanın Bakıdakı Səfirliyi Sanskrit dilini öyrənmək üçün ‘Little Guru’ adlı yeni tətbiqi təqdim etdi (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)
Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN
Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək
Gələcəkdə beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik - Aİ nümayəndəsi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub, 15 nəfər vəfat edib
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib (VİDEO)
Vətən müharibəsi qəhrəmanları üçün imtiyazlarla bağlı qanun layihələri plenar iclasa tövsiyə olundu
"Qatar Airways" Dohadan Bakıya uçuşları bərpa edir
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb - Özbəkistan gimnastı
Satınalan təşkilatların nümayəndələri ilə növbəti onlayn görüş keçirilib
AHİK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kreditini Yelo Bank-a gətir, daha az ödə
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
“Yüksəliş” müsabiqəsi yarımfinal mərhələsinə hazırlaşır
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)
Xalq şairi Musa Yaqub vəfat edib
Həbsdə olan polkovnik azadlığa buraxıldı
Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)
"British Airways" bu il 1 milyard avro itirib
Ermənistanda keçmiş hərbçi casusluqda ittiham olunur
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirilib
Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib (FOTO)
Azərbaycan XİN Fransa və Kanadaya cavab verib
Ağsuda həmkəndlisini güllələyən şəxsin işi məhkəməyə göndərilib
Şuşanın mədəniyyət paytaxtı elan edilməsi böyük əhəmiyyət daşıyır - Deputat
Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir - İsmayıl İsmayılov
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi
Koronavirusa qarşı təkrar peyvəndin vurulması ilə bağlı alimdən AÇIQLAMA
Dünya Kubokunda bütün gimnastlara məşq üçün lazımi qədər vaxt verilib - Yunanıstan gimnastı
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb
İranda koronavirusdan ölənlərin sayı 74 mini keçib
Payızlıq əkinlər üçün gübrələrin səyyar satışından 8000-ə yaxın fermer yararlanıb (FOTO)
Qarabağda əkinə başlanılması kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olacaq
Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir
Suraxanıda qəsəbədaxili küçələr təmir edilir (FOTO)
Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq
Bütün xəbərlər