...

Azərbaycan Prezidentinin köməkçisi ölkənin iqtisadi nailiyyətləri barədə danışdı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 11 Mart 2016 10:37 (UTC +04:00)
Son 10 ildə Azərbaycanda ÜDM 3,2 dəfə artıb.
Azərbaycan Prezidentinin köməkçisi ölkənin iqtisadi nailiyyətləri barədə danışdı (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Son 10 ildə Azərbaycanda ÜDM 3,2 dəfə artıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda keçirilən iqtisadi islahatlara Amerika ticarət palatasının dəstəyi" mövzusunda dəyirmi masa zamanı deyib.

"Bu dövr ərzində qeyri-neft sektoru 2,6 dəfə, sənaye - 2,7 dəfə, kənd təsərrüfatı - 1,5 dəfə, sərmayə qoyuluşu - 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə artıb", - N.Əmirov bildirib.

N.Əmirovun sözlərinə görə, ölkədə aparılan tədbirlər nəticəsində 900 min iş yeri daimi olmaqla 1,2 milyondan artıq yeni iş yeri, o cümlədən 55,6 min müəssisə yaradılıb.

"İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq səviyyəsi 5,3 faizə enib. Azərbaycan iqtisadiyyatına 130 milyard dollardan artıq sərmayə yatırılıb. Mal dövrriyyəsi - 6,4 faiz, qeyri-neft sektoru üzrə - 4,5 dəfə artıb. Bu dövr ərzində 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manatdan artıq güzəştli kredit verilib", - deyə N.Əmirov bildirib.

N.Əmirov əlavə edib ki, bu kreditlər hesabına 113 min yeni iş yeri yaradılıb. Dövlət büdcəsinin gəlirləri - 14,2 dəfədən çox, vergidən gəlirlər - 7,3 dəfə, dövlət büdcəsinin xərcləri - 13 dəfə, bank qoyuluşları - 24 dəfə, bank aktivləri - 18 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti