...

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edildi

Cəmiyyət Materials 15 Mart 2016 11:50 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zəfər Sofiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zəfər Sofiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun barəsindəki heç yerə getməmək bağlı iltizam dəyişdirilərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Z.Sofiyev məhkəmənin hazırlıq iclasında zalda həbs edilib.

Qeyd edək ki, təqsirləndirilın şəxs şəhər sakinlərinin etimadını qazanaraq dələduzluq edib. Z.Sofiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti