...

BDU-nun Abay mərkəzində Novruz bayramı qeyd olunub (FOTO)

Cəmiyyət Materials 17 Mart 2016 16:44 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzində Novruz bayramı qeyd olunub.
BDU-nun Abay mərkəzində Novruz bayramı qeyd olunub (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzində Novruz bayramı qeyd olunub.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu dəfə də tələbələr qazax yeməkləri ilə bayram süfrəsi bəzəyib, "Qazaxıstanda Novruz bayramı necə qeyd olunur?" adlı təqdimatla çıxış ediblər.

Tədbirə gələn qonaqlar "Köktem Tudı" (Bahar gəldi) sözləri ilə qarşılandıqdan sonra filologiya fakültəsinin tələbələri Abayın baharı tərənnüm edən şeirlərini səsləndiriblər.

İştirakçılar qazax dilində "Naurız meyramı" adlanan bayramın bir çox oxşar cəhətlərindən, o cümlədən Qazaxıstan və Azərbaycan xalqlarının ortaq tarixi köklərə malik olmasından bəhs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti