...

Ombudsman əməkdaşları əfv sərəncamının icrasında iştirak ediblər

Cəmiyyət Materials 18 Mart 2016 15:11 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları əfv sərəncamının icrasında iştirak ediblər.
Ombudsman əməkdaşları əfv sərəncamının icrasında iştirak ediblər

Bakı. Trend:

Ombudsman Aparatının əməkdaşları əfv sərəncamının icrasında iştirak ediblər.

Bu barədə Trend-ə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Ombudsman Aparatının əməkdaşları əfv Sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində, 4 və 16 saylı cəzaçəkmə müəssisələrində olublar.

Vurğulanıb ki, dövlətimizin humanist siyasəti nəticəsində ölkədə qısa müddət ərzində 10 Amnistiya Aktı qəbul olunub, 61 əfv sərəncamı imzalanıb, nəticədə isə minlərlə insan ailəsinə, cəmiyyətə qovuşub.

Məlumatda həmçinin, qeyd edilir ki, Ombudsman Elmira Süleymanova fəaliyyət dövrü ərzində özlərinin və ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, növbəti dəfə məhkumların əfv olunması ilə bağlı Əfv Komissiyasına müraciətlər ünvanlayb.

E.Süleymanovanın müraciətləri nəzərə alınaraq, sonuncu əfv sərəncamı ilə 25 məhkum əfv olunub.

Fəaliyyəti dövründə Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 518 məhkum, o cümlədən qadınlar, yeniyetmələr, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti