...

BDU-da Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir (FOTO)

Cəmiyyət Materials 30 Mart 2016 15:17 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
BDU-da Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün dönəmlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməllər törətdiklərini, erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb.

1918-ci il 31 mart soyqırımından bəhs edən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanıların soyqırımı haqqında" fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib. Onun sözlərinə görə, hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq.

Rektor onu da bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində baş verən vəhşi terror aktlarının tarixində ermənilərin başladığı terror təşkilatları durur. Təşkilatlanmış "Daşnaksutyun", "ASALA" və digər terror təşkilatları fəaliyyət göstərəndə və müsəlman ölkələri bu terror qurumlarının ləğvinə çağırışlar edəndə dünya birliyi sakitcə müşahidəçilik edirdi.

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 5 dəqiqəlik tanıtım çarxının nümayişindən sonra kafedra müdirləri, professorlar İzzət Rüstəmov və Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq, bu hadisələrin həm də dini-etnik ayrıntılar zəminində həyata keçirildiyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti