...

Niderlandda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Aprel 2016 18:59 (UTC +04:00)
Aprelin 7-də Ermənistanın Niderland Krallığındakı səfirliyinin önündə Ermənistan ordusunun son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirilib.
Niderlandda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası (FOTO/VİDEO)

Bakı. Trend:

Aprelin 7-də Ermənistanın Niderland Krallığındakı səfirliyinin önündə Ermənistan ordusunun son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiya Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Ana Vətən Cəmiyyətinin dəstəyi ilə baş tutub.

Etiraz aksiyasında Den Haaq Türk İslam Kültür Vəqfi, Holandiya "Turan gəncliyi" dərnəyi, Niderlandın "Odlar Yurdu", "Azərbaycan Evi", Brabant Azərbaycanlıları Cəmiyyəti, Almaniyanın Bilefeld Alman Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvləri, həmçinin Niderlandda yaşayan Azərbaycan və türk diaspor nümayəndələri iştirak ediblər. Bundan başqa, aksiyaya uyğur, noqay və türkmən diasporunun nümayəndələri də qoşulub. Ümumilikdə, aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib.

Aksiyada Niderland Azərbaycan Türk Kültür Dərnəyinin başçısı İlhan Aşqın, BAK-ın vitse-prezidenti Elsevər Məmmədov, Ana Vətən Cəmiyyətinin sədri Maisə Ağamirzəyeva, Den Haaq Türk İslam Kültür Vəqfinin başçısı Tahsin Çətinkaya və Azərbaycan diasporunun digər fəalları çıxış edərək son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin törədilməsini pisləyib.

İştirakçılar, eyni zamanda qəhrəmancasına vuruşan əsgərlərə dəstək verdiklərini ifadə edib, Ermənistan silahlılarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılmasını tələb ediblər.

Səfirlik əməkdaşları aksiya iştirakçılarının bəyanatını qəbul etməkdən imtina ediblər. Lakin diaspor fəalları çətinliklə də olsa bəyanatı səfirliyin poçt qutusuna atıblar. Aksiyanın sonunda iştirakçılar Ermənistan səfirliyinin önünə qara çələng qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti