...

Bakıda marşrut avtobuslarının toqquşması nəticəsində 7 nəfər xəstəxanaya yerləşdirilib (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2016 11:27 (UTC +04:00)
Bakının Nizami rayonu ərazisində iki marşrut avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 7 nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Bakıda marşrut avtobuslarının toqquşması nəticəsində 7 nəfər xəstəxanaya yerləşdirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakının Nizami rayonu ərazisində iki marşrut avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 7 nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Bu barədə Trend-ə xəstəxanadan məlumat veriblər. Məlumata görə, hazırda yaralılardan 1 nəfərin vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib. Qalan 6 nəfərin vəziyyəti isə kafi qiymətləndirilir.

Xəstəxanadan bildiriblər ki, hazırda hadisə yerinə yenidən təcili tibbi yardım briqadası göndərilib və yaralıların sayının çox olduğu deyilir.

Qeyd edək ki, bu gün hadisə Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzinin qarşısında qeydə alınıb.

103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Ölənin kimliyi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti