Bakıda II Azərbaycan-Alman-Türk tibb konqresi öz işinə başlayıb

Bakıda II Azərbaycan-Alman-Türk tibb konqresi öz işinə başlayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakıda Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə II Azərbaycan-Alman-Türk tibb konqresi öz işinə başlayıb.

Trend-in məlumatına görə, konqresin prezidenti Qurbanxan Müslümov deyib ki, I Azərbaycan-Alman-Türk tibb konqresi ötən ilin aprel ayında Almaniyadan, Türkiyədən və İsveçrədən dəvət edilmiş 15-ə yaxın mütəxəssisin iştirakı ilə keçirilmişdi. Postsovet və yaxın xarici ölkələr arasında ilk dəfə olaraq bu konqresə Avropanın davamlı tibb təhsili sahəsində məşğul olan mərkəzlər tərəfindən 21 kredit balı verilib.

Builki konqresə Almaniya, Türkiyə və İsveçrənin universitet klinikalarından tibbin müxtəlif sahələrində çalışan 20 nəfərədək tanınmış, qabaqcıl mütəxəssis referent və təlimçi qismində dəvət edilib.

Aprelin 24-dək davam edəcək konqresin əsas mövzusu onkologiyanın, cərrahiyyənin, qastroenterologiyanın və radiologiyanın ən aktual problemləri, müxtəlif xəstəliklərin müalicəsinə ayrı-ayrı peşə sahiblərinin müqayisəli münasibəti və bu gün bu xəstəliklərin müalicəsində dünyanın aparıcı klinikalarında tətbiq olunan qabaqcıl müalicə protokolları və taktikaların müzakirəsidir.

Konqresin gedişində həkim, tələbə və rezidentlər üçün ümumi cərrahiyyə, laparoskopik cərrahiyyə, damar cərrahiyyəsi, endoskopiya, ultrasonoqrafiya və radiologiya sahələrində adi sadə vərdişlərdən tutmuş ən mürəkkəb tibbi prosedurların icra edilməsinə qədər treyninqlər keçirilməsi planlaşdırılır. Bu treninqlər Avropanın və dünyanın qabaqcıl ölkələrində tibb mütəxəssislərinin ixtisaslaşması ilə məşğul olmuş ən qabaqcıl texnologiyaların istifadəsi ilə aparılacaq.

Q.Müslümov deyib ki, treninqlərə rəhbərlik Almaniya, İsveçrə və Türkiyədən dəvət edilmiş xarici mütəxəssislərlə yanaşı, Azərbaycanın da bu sahədə təcrübəsi olan yüksəkixtisaslı mütəxəssisləri ilə birlikdə aparılacaq.

Konqresin digər prezidenti Mixael Gebel bu tədbirin təşkilatçısı olmaqdan məmnunluq duyduğunu deyib. O, belə konqreslərin keçirilməsi ilə tibb sahəsinin inkişafına töhfə verə biləcəklərinə də ümid etdiyini bildirib.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki, Türkiyə üçün Azərbaycanın nə dərəcədə önəmli olduğunu deməyə ehtiyac yoxdur: "Azərbaycan böyük bir tarixə, zənginliyə, qədim bəşəri dəyərlərə malikdir. Azərbaycanın inkişafı yalnız Avropa Oyunları, Formula-1 kimi yarışların keçirilməsi ilə ölçülmür".

Səfir deyib ki, bu gün Azərbaycanın 25 il əvvəl olduğu kimi, dəstəyə ehtiyacı yoxdur: "Bu gün Azərbaycan özü artıq dəstək verən bir ölkəyə çevrilib. Bu il müstəqilliyinin 25-ci ildönümündə Azərbaycan Türkiyəyə dəstək ola bilən bir ölkədir. Azərbaycanla işbirliyi önəmli bir nöqtəyə gəlib çatıb. Azərbaycan-Türkiyə iş birliyinin nəticələrı ortadadır".

Çempionlar Liqasında "Lasio" "Borussiya"nı,  "Mançester Yunayted" "PSJ"ni məğlub edib
Çempionlar Liqasında "Lasio" "Borussiya"nı, "Mançester Yunayted" "PSJ"ni məğlub edib
UEFA Azərbaycanda oyunlara aid qərar verib
UEFA Azərbaycanda oyunlara aid qərar verib
UEFA gənclər arasında Avropa çempionatını təxirə salıb
UEFA gənclər arasında Avropa çempionatını təxirə salıb
Loading Bars
Xəbər lenti
Azərbaycan könüllüləri erməni təcavüzündən zərər görmüş ailələrə baş çəkiblər (FOTO)
Paşinyan sülh tərəfdarı olmadığını bir daha açıq şəkildə bəyan etdi
İcbari tibbi sığorta üzrə fərdi uçotun aparılması qaydası müəyyənləşib
Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb
Bakı Ali Neft Məktəbinin tələbələri təqaüdlərini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü
Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz (FOTO)
Nurlanə Əliyeva: Müşfiqin yadigarı - Dilbər Axundzadə (FOTO)
“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir (FOTO)
Ombudsman “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayımlayıb
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Prezident İlham Əliyevə məktub göndərib
Tovuz sakinini küçədə döyüb öldürən şəxs saxlanıldı
Nurlanə Əliyeva: Qələbə bizimlədir (FOTO)
Ermənistana məxsus daha 3 PUA məhv edilib
Dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA
DİN əhaliyə xəbərdarlıq edir
AZƏRTAC Ermənistanın Gəncəyə qanlı terror hücumları ilə bağlı dünyanın aparıcı xəbər agentliklərinə müraciət ünvanlayıb
Uzun illər işğal altında olan ərazilərimizdə yerləşən abidələrin əksəriyyəti ya erməniləşdirilib, ya da dağıdılıb - Dövlət Xidməti
Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququn tələblərini də yerinə yetirir - Deputat
Milli Məclis Dağlıq Qarabağla bağlı videoçarx hazırlayıb
Beynəlxalq təşkilatlar Ermənistanda silahlanmaya vaxtında düzgün qiymət verməyib - Arzu Nağıyev
Ordubadda qədim abidələr aşkarlanıb
Səfirlik: Bəzi saytların dəqiq olmayan məlumatlar yayması Qətər-Azərbaycan əlaqələrinə təsir etməyəcək
Gürcüstanda silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb
“Həkimlərimizi tanıyın!” - neyrocərrah Elçin Abbaszadə
Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb
"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır
İranda sutka ərzində 312 nəfər koronavirusdan ölüb
Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi – sürücülər cərimələndi (FOTO)
Azərbaycanda 714 nəfər COVID-19-a yoluxdu, 176 nəfər sağaldı, 7 nəfər vəfat etdi
Koronavirusa yoluxanların sayını sıfırlamağa məcburuq
Azərbaycan və Türkiyənin birgə uğuru: TANAP "ilin layihəsi" beynəlxalq mükafatını aldı (FOTO)
Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır - Naqif Həmzəyev
Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanda uzunmüddətli böhran başlayacaq - Ekspert
Türk Şurası Gənclər Platforması Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib (FOTO)
Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir - Politoloq
Azərbaycan bu müharibədə qalibiyyətə məhkumdur! - Kamaləddin Qafarov
Düşmənin atıb qaçdığı növbəti hərbi texnikalar (FOTO/VİDEO)
Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə yaxındır
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan BMT qətnamələrinin icrasına özü başlamaq məcburiyyətində qaldı - Politoloq
Əfqanıstanda viza izdihamı - 11 ölü
Ermənistanda məhkumlardan intiharçı dəstələr yaradılır
Xudafərin körpüsünün Azərbaycan tarixində xüsusi yeri var - Deputat
Azərbaycan ordusu status kvonu dəyişdi - Deputat
“Geri dönüş” adlı kompozisiya hazırlanıb (VİDEO)
Belarusda MDB-nin İcraiyyə Komitəsində keçirilən tədbirdə Ermənistanın işğalçılıq siyasəti pislənilib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
ENGİNET şirkəti “Güc BİRLİKdədir” deyib Gəncədə yaralanan uşaqlara yardım göndərdi (FOTO)
Terrorçu Ermənistan hakimiyyəti cəzalandırılmalıdır - Sevil Mikayılova (VİDEO)
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu
Sabahın hava proqnozu açıqlanıb
"Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı" adlı ixtisasartırma kursu başa çatıb
Rusiyada bir gündə 317 nəfər koronavirusun qurbanı oldu
Qazax sement zavodu Qarabağın azad edilmiş şəhərlərinin bərpası planları haqqında (FOTO)
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini (FOTO)
Bəziləri deyirdilər ki, bu qədər silah-sursat nəyimizə lazımdır, onsuz da müharibə aparmayacağıq... - Deputat
Ermənistanın növbəti PUA-sı məhv edilib
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda 4 yarımstansiyanın tikilməsi nəzərdə tutulub
Ermənistanda koronavirusdan rekord sayda ölüm qeydə alındı
Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
YAP Gəncədə erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqlara təqaüd verəcək (FOTO)
Türk Şurasından dəstək: Biz bu savaşda Azərbaycanın yanındayıq
22 iranlı həkim könüllü fəaliyyət üçün Azərbaycana müraciət edib
Vəhşi heyvan və quş növlərinin ovu dayandırılıb
Baş Prokurorluq xarici ölkə vətəndaşlarına xəbərdarlıq etdi (VİDEO)
İmtahanlarda qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak etmək istəyənlər üçün kurslar keçiriləcək
BMT-nin qətnamələrini Azərbaycan özü icra edir
Ceyhun Bayramov Moskvaya gedib
Ermənistana qarşı vaxtında sanksiya tətbiq edilsəydi, indiki vəziyyət yaranmazdı - Deputat
Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib (FOTO)
Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndi (VİDEO)
Erməni təxribatı nəticəsində ölən və yaralanan dinc sakinlərin sayı açıqlanıb
Prezidentə yazırlar: Siz Ali Baş Komandan kimi öz gücünüzü bütün dünyaya bir daha sübut etdiniz
Antalyada Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb - MN
Gecə və gündüz artilleriya atışları (VİDEO)
Güzəştli limit həddini keçən qaz abonentlərinin sayı açıqlanıb
Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb - MN
Son günlər yoluxmaların artması həyəcan siqnalıdır - Psixoloq
Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb - Hikmət Hacıyev
Kardaşyanın ianələri ilə ayaqda durmağa çalışan Ermənistanla, güclü iqtisadiyyata sahib Azərbaycan bir deyil - Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına açıqlama verib (FOTO/VİDEO)
Şəmkir sakini küçədə bıçaqlandı
Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir - Nazir
Dövlət qulluğuna qəbul imtahanlarına qeydiyyat başa çatır
General-mayor Emin Şəkinski vəfat etdi
Ordumuzun zəfəri hərbi quruculuq siyasətinin məntiqi nəticəsidir - Deputat
TAP hidrogen və biometan nəql etmək gücündədir
Ermənistan sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb - Ekspert
Oktyabrın 21-də xarici valyutaların manata qarşı məzənnələri
Bəzi sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib - Ermənistan Müdafiə Nazirliyi
Tərtər rayonu atəşə tutulur
Düşmənin artilleriya rəisi, divizion komandiri və tabor komandiri məhv edilib - MN
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Dünyanın ən bahalı geyim brendi açıqlanıb
Tonqa krallığı sahillərində zəlzələ baş verib
Perunun tanınmış dövlət xadimi Azərbaycana öz dəstəyini ifadə edib
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti ABŞ mətbuatında müzakirə olunub
Fransada son sutkada koronavirusdan 163 nəfər dünyasını dəyişib
Bütün xəbərlər