...

Mayın 3-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq

Cəmiyyət Materials 1 May 2016 11:58 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı gözlənilir.
Mayın 3-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 2-də hava şəraiti dəyişkən buludlu olacaq, şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Mayın 2-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

Səhər ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 17-22 , dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin mayın 3-dək davam edəcəyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti