...

Apreldə ƏƏSMN-nin 142-“Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 98,1 %-i sorğu xarakterlidir

Cəmiyyət Materials 2 May 2016 11:23 (UTC +04:00)
Aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 98,1 faizi sorğu xarakterli olub.
Apreldə ƏƏSMN-nin 142-“Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 98,1 %-i sorğu xarakterlidir

Bakı. Trend:

Aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - "Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 98,1 faizi sorğu xarakterli olub.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində əhaliyə xidmətlərin elektron əsaslar üzərində şəffaflaşdırılması bu sahələr üzrə şikayət xarakterli müraciətlərin minimuma enməsi, edilən müraciətlərin isə əsasən sorğu xarakteri daşıması ilə müşahidə olunur. Belə ki, cari ilin aprel ayında nazirliyin 142-"Çağrı mərkəzi"nə daxil olan 15433 müraciətin 15145-ini (98,1 faiz) də məhz nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar vətəndaşların sorğu xarakterli müraciətləri təşkil edib.

Bütün sorğularla əlaqədar vətəndaşlara nazirliyin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən aydın şəkildə hüquqi izahatlar verilib. Digər 288 müraciət isə baxılaraq araşdırılması və müvafiq tədbirlər görülməsi üçün müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Ümumilikdə ötən ay "Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 49,6 faizi sosial təminat, 14,9 faizi əmək qanunvericiliyi, 19 faizi nazirliyin elektron xidmətlərindən istifadə 8,3 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 8,2 faizi isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub.

Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artmaqda davam edir. Bunun daha bir ifadəsi kimi, son bir ayda 142 - "Çağrı mərkəzi"nə nazirliyin elektron xidmətlərindən istifadə məsələləri ilə bağlı daxil olan müraciətlərin sayı cari ilin yanvar ayı ilə müqayisədə 34 faiz, fevral ayı ilə müqayisədə 18 faiz, mart ayı ilə müqayisədə isə 15,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti