Bakı. Trend:
Azərbaycan Texniki Universiteti (AzTU) Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə ''Bаrattson'' şirkətinin əməkdaşları tələbələrlə görüşüb.
Universitetdən Trend-ə verilən məlumata görə, təlimçi Teymur Əzimov AzTU tələbələrinə CISCO şəbəkə inzibatçılığı mövzusunda treninq keçib.
Bildirilib ki, CISCO korporativ şəbəkələr üçün avadanlıqların istehsalı ilə məşğul olan şirkətin sistemidir. IT - üzrə sahələr, Cisco üzrə imtahanlar və sertifikatlar, praktik şəkildə avadanlıqların üzərində müxtəlif kiçik şəbəkələrin qurulması və s. kimi mövzular da görüş zamanı müzakirə olunub.