...

5 günlük dərs həftəsinin ləğvi ilə bağlı məlumatlara aydınlıq gətirildi

Cəmiyyət Materials 16 May 2016 15:59 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə 5 günlük dərs həftəsinin ləğvi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
5 günlük dərs həftəsinin ləğvi ilə bağlı məlumatlara aydınlıq gətirildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə 5 günlük dərs həftəsinin ləğvi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə 5 günlük dərs həftəsinin ləğvi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil. Azərbaycanın bütün orta məktəblərində şagirdlərin beş günlük tədris həftəsi ilə təhsil alması qarşıya qoyulan məqsədlərdəndir.

Qeyd edək ki, yayılan məlumatlara görə, orta məktəblərdə 5 günlük dərs sistemi özünü doğrultmadığından 6 günlük dərs sisteminə qayıdılır. Bunun üçün hətta işlərin sürətləndirildiyi iddia edilir. Səbəb olaraq isə 5 günlük dərs həftəsinin tədris proqramının mənimsənilməsi üçün yetərli olmadığı göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti