...

“Silk Way” şirkətinin təyyarəsinin həlak olmuş üç heyət üzvünün cəsədləri qohumlarına veriləcək

Cəmiyyət Materials 21 May 2016 20:13 (UTC +04:00)
Bakıda keçirilmiş məhkəmə-tibbi ekspertizasının cari nəticələrinə əsasən prokurorluq orqanları AN12 təyyarəsinin həlak olmuş üç heyət üzvünün cəsədlərini qohumlarına verməyə artıq razılıq vermişdir.
“Silk Way” şirkətinin təyyarəsinin həlak olmuş üç heyət üzvünün cəsədləri qohumlarına veriləcək

Bakı. Trend:

Bakıda keçirilmiş məhkəmə-tibbi ekspertizasının cari nəticələrinə əsasən prokurorluq orqanları AN12 təyyarəsinin həlak olmuş üç heyət üzvünün cəsədlərini qohumlarına verməyə artıq razılıq vermişdir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından Trend-ə verilən məlumata görə, onlar Rzayev Nadir, Şahverdiyev Firdovsi və Zülfiyev Azərdir.

Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə "Silk Way" şirkətindən icarəyə götürülmüşdü. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlmişdi və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşmüşdü. Təyyarənin göyərtəsində yük olmamışdır.

Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olmuşdur.

Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalmışdır. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir.

Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılmış komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti