...

Elmə marağı artırmaq üçün yeni veriliş yayımlanacaq

Cəmiyyət Materials 25 May 2016 17:16 (UTC +04:00)
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də "Elm və İnnovasiya" verilişinin təşkili ilə bağlı müvafiq qərar qəbul edilib.
Elmə marağı artırmaq üçün yeni veriliş yayımlanacaq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də "Elm və İnnovasiya" verilişinin təşkili ilə bağlı müvafiq qərar qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə məlumat verib.

A.Əlizadə son illər Akademiyada həyata keçirilən islahatların tələblərinə uyğun olaraq, ictimaiyyətlə əlaqələr istiqamətində siyasətin tamamilə yenidən qurulduğunu bildirib.

Akademik ictimaiyyətlə elmi mühit arasında əlaqənin daha sıx və dinamik təşkili, alimlərin fəaliyyətinin KİV-də təbliği və əldə olunan elmi nailiyyətlərin elmi-populyar dildə çatdırılması məqsədilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də "Elm və İnnovasiya" proqramının təsis edilməsi zərurətindən danışıb.

Rəyasət Heyəti biliklər iqtisadiyyatı şəraitində innovativ layihələrin müzakirəsi, tətbiqi perspektivləri, müxtəlif elm və texnologiya sahəsindəki yeniliklərin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağı artırmaq məqsədilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də "Elm və innovasiya" verilişinin təşkili ilə bağlı müvafiq qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti