• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Sanatoriyalarda dincəlmək istəyənlər oxusun

20 İyun 2016 16:24 (UTC+04:00)
  • 0
  • 0

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il 70 min nəfərdən artıq vətəndaşın sanatoriya-kurort müəssisələrinidə dincəlməsi üçün yollayışlardan istifadə edəcəyi gözlənilir.

Bunu Trend-ə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov deyib.

Azərbaycan həmkarlar ittifaqları təşkilatlarının hər il olduğu kimi, bu il də yay mövsümünə ciddi şəkildə hazırlaşdığını deyən N.Ağamirov bildirib ki, sanatoriya-kurort müəssisələrinin böyük əksəriyyətində təmir-abadlıq işləri aparılıb, “lüks” və “yarımlüks” tipli nömrələrin sayı artırılıb, yeni idman qurğuları quraşdırılıb.

N.Ağamirov deyib ki, 2015-ci ildə həmkarlar ittifaqları təşkilatları tərəfindən 8 sanatoriya, 1 müalicə pansionatı və 10 istirahət bazasına yollayışlar verilib. Sanatoriyaların 6-sı ilboyu, digər 2-si, müalicə pansionatı və istirahət bazaları mövsümi fəaliyyət göstərib.

Sanatoriyalara və istirahət mərkəzlərinə yollayışların qiymətinə gəldikdə, N.Ağamirovun sözlərinə görə, ötən illə müqayisədə yollayışların qiymətində, demək olar, dəyişiklik baş verməyib. Bu il yollayışların qiyməti 570 manatdan 750 manatadəkdir. Yollayışlarda qiymət fərqi bir qayda olaraq yataq otaqlarının şəraiti ilə bağlıdır.

Konfederasiya rəsmisi əlavə edib ki, sanatoriya və istirahət evlərinə yollayışlar məcburi dövlət sosial sığortasına cəlb olunan və digər yollayış almaq hüququ olan şəxslərə verilir. Həmin şəxslər yollayışı dəyərinin 15%-ni ödəməklə əldə edirlər. Yollayışların ümumi sayının 10 faizi isə işçilərə (aztəminatlı ailələrə, müharibə iştirakçılarına, əlil, şəhid ailələrinə və s.) ümumiyyətlə tam güzəştlə pulsuz verilir:

“İşçilər iş yerlərində, tələbələr isə təhsil aldıqları müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək yollayışlar ala bilərlər. Müəssisələrin həmkarlar ittifaqı komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox ehtiyacı olanları müəyyən edir və işçilərin təqdim etdikləri tibbi arayışa uyğun olaraq müvafiq yollayışlarla təmin edir. Məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxs ailə üzvü üçün də yollayış almaq istəyirsə və ailə üzvü də məcburi dövlət sosial sığorta haqqı ödəyirsə, onda həmin ailə üzvü üçün də yollayışın dəyərinin 15%-ni ödəyir. Əgər işləmirsə, məcburi dövlət sosial sığorta haqqı ayırmaları ödəmirsə, yollayışı dəyərinin 50%-ni ödəməklə əldə edə bilər. Həmkarlar itifaqı təşkilatlarının vətəndaşlara yollayışları tam dəyəri ödənilməklə də vermək hüququ var”.

Bu yay 20 mindən çox uşaq sağlamlıq müəssisələrində dincələcək

N.Ağamirov deyib ki, 2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına 22 min nəfərdən artıq həmkarlar ittifaqı üzvü yollayışlardan istifadə edib. Bundan əlavə, Həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına 47 min nəfərdən artıq həmkarlar ittifaqı üzvü də yollayışlardan istifadə edib. Ümumilikdə ötən il 70 min nəfərdən artıq sosial sığorta ödəyicisi yollayışla təmin olunub. İlk həmkarlar ittifaqı təşkilatlarının öz üzvləri üçün təşkil etdikləri kütləvi gəzinti və istirahət nəzərə alınmaqla ümumilikdə istirahətə və müalicəyə göndərilənlərin sayı 100 min nəfərə yaxın olub:

“AHİK-in üzv təşkilatları da öz vəsaitləri hesabına inşa etdirdikləri müasir tipli pansionatlarda işçilərinin istirahətlərini təşkil edirlər. Məsələn, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Nabran zonasındakı “Rabitəçi” istirahət mərkəzində mövsüm ərzində 450 nəfərə yaxın, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının Nabrandakı “Lokomotiv” istirahət mərkəzində 1000 nəfər, Dövlət idarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Nabrandakı “Ülfət” istirahət zonasında 1000 nəfərə yaxın, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nabrandakı “Təhsil” istirahət mərkəzində 1500 nəfərə yaxın, Dəniz Nəqliyyatı İşçilərinin Həmkarlar İttifaqının “Dənizçi” istirahət mərkəzində 1900 nəfərə yaxın həmkarlar ittifaqı üzvü istirahət edir. Ötən ilin sonlarında Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Qusar rayonu ərazisində “Şəfa” istirahət mərkəzi istifadəyə verilib. Həmin istirahət mərkəzində də 1000 nəfərdən artıq həmkarlar ittifaqı üzvü istirahət edə biləcək.

Hazırda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı da öz vəsaiti hesabına 2 hektar torpaq sahəsi alaraq, orada öz işçiləri üçün sağlamlıq-istirahət mərkəzi inşa etdirir. Daha bir müalicə-sağlamlıq ocağı - Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin nəzdindəki sanatoriya-profilaktoriya bu il də fəaliyyətini davam etdirəcək. Həmin sağlamlıq ocağında hər il 850 nəfər müalicə alaraq sağlamlığını bərpa edir. Sanatoriyaya bir ədəd yollayışın qiyməti 235 manatdır. Məcburi dövlət sosial sığortasına cəlb olunmuş şəxslər, yəni metropoliten işçiləri yollayışın dəyərinin 15 faizini, yəni 35 manat ödəməklə əldə etmək hüququna malikdirlər, lakin bu vəsaitin ödənilməsini də Metropoliten İşçiləri HİB öz üzərinə götürüb və işçilər yollayışları tam güzəştli olaraq, pulsuz əldə edirlər”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Nazim Ağamirov
  • sanatoriyalar
  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Digər xəbərlər
AHİK-də Ulu Öndərin xatirəsi anılıb (FOTO)
Cəmiyyət 11 Dekabr 17:49
Azərbaycan ilə Türkiyə həmkarlar ittifaqlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir (FOTO)
Siyasət 12 İyul 13:39
Səttar Möhbalıyev: Vətəndaşlarımızın istirahət imkanlarının azalmaması üçün sanatoriyalara yollayışın qiymətini artırmırıq (MÜSAHİBƏ)
Siyasət 8 Yanvar 07:45
Səttar Möhbalıyev Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib (FOTO)
Siyasət 7 Dekabr 2018 18:47
RF nazir müavini: Azərbaycan və Rusiya Şimali Qafqaz kurort bölgələrində iki sanatoriya tikəcəklər (ÖZƏL)
Cəmiyyət 3 Oktyabr 2018 07:52
Naftalanda 200-220 nəfərlik yeni sanatoriya tikilir (FOTO)
Gündəm 7 Avqust 2018 11:57
Xəbər lenti
ANAMA: 01 yanvar-14 dekabr 2019-cu il tarixlərində 216 operativ əməliyyat çıxışı olunub
Gündəm 04:26
Abşeronda əl qumbarası və UZRQM partladıcısı aşkar olunub (FOTO)
Gündəm 03:59
Zibilə atılan 70000$ yiyəsi tərəfindən tapılıb
Maraqlı 03:23
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Gündəm 02:17
Mərkəzi İncəsənət Məktəbində Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad olunub
Cəmiyyət 01:25
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib
Cəmiyyət 00:24
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib (FOTO)
Cəmiyyət 14 Dekabr 23:18
Nigeriyada Boko Haram silahlıları şəhərə hücum edərək 15 nəfəri öldürüblər
Dünya xəbərləri 14 Dekabr 23:00
Dəyəri 12 min manat olan qol saatını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Hadisə 14 Dekabr 22:00
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri