...

Xaçmazda iş adamını qətlə yetirən şəxs yaxalandı

Cəmiyyət Materials 7 İyul 2016 14:17 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

İyunun 16-da Xaçmaz rayonunda iş adamı İlqar Məmmədovu qətlə yetirən şəxs saxlanılıb. Bu barədə Trend-ə Xaçmaz rayon prokurorunun köməkçisi Əlibaba Şahvərənov məlumat verib.

Onun sözlərinə görə, saxlanılan şəxs rayonun Ağyazı Buduq kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Qalib Nəcməddin oğludur. Həmin şəxs dünən günorta saatlarında rayonun hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hələlik hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.

Xatırladaq ki, iş adamı, 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu iyun ayının 16-da Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşadığı evdə qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti