...

BQXK Azərbaycana keçmək istəyən Ermənistan vətəndaşına baş çəkib

Cəmiyyət Materials 17 Avqust 2016 14:09 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Naxçıvanda saxlanılan Ermənistan vətəndaşı Agetsyan Henrik Sayerbekoviçə baş çəkiblər.
BQXK Azərbaycana keçmək istəyən Ermənistan vətəndaşına baş çəkib

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Naxçıvanda saxlanılan Ermənistan vətəndaşı Agetsyan Henrik Sayerbekoviçə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, saxlanılan şəxsin ailəsinə məlumat göndərməsinə imkan yaradılıb: “Eyni zamanda ailəsindən ona məlumat çatdırılıb”.

Qeyd edək ki, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti