...

"ASAN MƏKTUB" Qarabağda (FOTO)

Cəmiyyət Materials 22 Avqust 2016 12:41 (UTC +04:00)
“ASAN Könüllüləri”nin “ASAN məktub” layihəsi fəaliyyətə başladığı gündən etibarən cəmiyyət tərəfindən böyük maraqla qarşılanıb.
"ASAN MƏKTUB"  Qarabağda (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

“ASAN Könüllüləri”nin “ASAN məktub” layihəsi fəaliyyətə başladığı gündən etibarən cəmiyyət  tərəfindən böyük maraqla qarşılanıb. 

ASAN-dan Trend-ə verilən məlumata görə, “ASAN məktub” layihəsi bu dəfə Füzulidən olan uşaqları sevindirib.  Belə ki, Aprel hadisələri zamanı “ASAN Məktub”  komandası Füzulinin balaca sakinləri ilə görüş keçirib,  balacalar öz istək və arzularını “ASAN məktub”a ünvanlayıb. Ünvanlanmış birçox məktublar xeyirxah vətəndaşlar tərəfindən öhdəçiliyə götürülüb.

Layihədə “ASAN qasid” kimi çıxış edən ASAN Könüllülərinin köməkliyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 24 hədiyyə balaca sahiblərinə çatdırılıb. Öhdəçi vətəndaşlara hədiyyələrin çatdırılması ilə bağlı fotoşəkillər e-poçt və digər əlaqə vasitələri ilə göndərilib.
Bildirək ki, Füzulidən və digər bölgələrdən balacaların ünvanladığı bir  çox məktub, hələ də asanmektub.az saytında öz öhdəçisini gözləyir.

Qeyd edək ki, “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi sosial qayğıya ehtiyacı olan 14 yaşadək uşaqların arzu və istəklərini heç bir maddi qazanc güdmədən həyata keçirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti