...

Azərbaycan güləşçisi: "Qarşıda bizim əsas məqsədimiz İslam Oyunlarıdır"

Cəmiyyət Materials 24 Avqust 2016 04:30 (UTC +04:00)
Azərbaycan güləşçisi: "Qarşıda bizim əsas məqsədimiz İslam Oyunlarıdır"
Azərbaycan güləşçisi: "Qarşıda bizim əsas məqsədimiz İslam Oyunlarıdır"

Bakı. Ənvər Məmmədov - Trend:

"Qarşıda bizim əsas məqsədimiz İslam Oyunlarıdır".

Trend-in məlumatına görə, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançı, bürünc medalçı Hacı Əliyev deyib.

"Qarşıda bizim əsas məqsədimiz İslam oyunlarıdır. Layiqli çıxış edib Azərbaycan xalqını medalla sevindirmək istəyirəm", - Əliyev bildirib.

İdmançı Rio Olimpiadasındaki çıxışını şərh edib və bildirib ki, ümumilikdə nəticədən razıdır: "Sevinirəm ki, bürünc medal qazandım. Ümumilikdə öz çıxışılarımdan razıyam, amma mən çəkimi çox atdığıma görə, axırda yorğunluq özünü göstərməyə başladı. Amma sonadək dözdüm və bürünc medal qazana bildim".

Qeyd edək ki, Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar.

Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti